satellite   Azerspace-1: 11135 H 30000

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.

“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.

Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).

Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM