Naxçıvanda direktor müavinləri üçün keçirilən müsabiqədə uğur qazanan 14 namizəd vəzifəyə təyin olunub

Naxçıvanda direktor müavinləri üçün keçirilən müsabiqədə uğur qazanan 14 namizəd vəzifəyə təyin olunub

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən müsabiqə yekunlaşıb. 

Qeyd edək ki, müsabiqəyə 25 vakant vəzifə çıxarılıb. Müsabiqədə hər iki vəzifə üzrə uğur qazanan 14 namizəddən 8-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 6-sı isə sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə təyin olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM