satellite   Azerspace-1: 11135 H 30000

AMEA-da yeni təyinat olub

AMEA-da yeni təyinat olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Naxçıvan televiziyası xəbər verir ki, akademiyanın prezidenti akademik İsa Həbibbəyli bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib.

Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən AMEA sistemində çalışan S.Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib. O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM