satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya sənəd qəbulu davam edir

Rezidenturaya sənəd qəbulu davam edir

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası-a bildirilib ki, namizəd rezidenturaya qəbulun birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) hesabına əlavə edir.

Daha sonra Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi”ni təsdiq etmək lazımdır.

Aprelin 9-u saat 09:45-ə olan məlumata əsasən, 1370 namizəd (Azərbaycan bölməsi - 1069; rus bölməsi - 301) elektron ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək istəyən namizədlər aprelin 11-i saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM