satellite   Azerspace-1: 11135 H 30000

Alimlər: İstixana emissiyaları günün uzunluğunu artırır

Alimlər: İstixana emissiyaları günün uzunluğunu artırır

İqlim dəyişikliyi günün uzunluğunu artırır. Alimlər bu qənaətə Amerikanın “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırma nəticəsində gəliblər.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, materialda iqlim dəyişikliyinin su kütlələrinin ekvatora keçməsi ilə müşayiət olunduğu, bunun isə Yerin daha da hamarlaşmasına gətirib çıxardığı və nəticədə günün uzunluğunu artırdığı qeyd edilir.

Hazırkı iqlim dəyişikliyi görünməmiş bir həddədir. Qlobal istiləşmə son onilliklərdə buzlaqların və qütb buz təbəqələrinin əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub. Tədqiqatda deyilir ki, hava kütlələrinin qütbdən ekvatora doğru hərəkəti 1900-cü ildən bəri Yerin şişkinliyini və günün uzunluğunu (LOD) əhəmiyyətli dərəcədə artırıb.

Tədqiqat müəllifləri onu da qeyd edirlər ki, hazırda bir sutka təxminən 86,4 min saniyə davam edir. Yerin fırlanmasını tədricən ləngidən Ayın cazibə qüvvəsi hesabına onun müddəti bir qədər artıb.

Alimlərin fikrincə, günün uzunluğunun dəyişməsi hər yüz ildən bir millisaniyədən bir qədər çox olur. İstixana emissiyaları artmağa davam edərsə, günlər daha sürətlə uzanmağa başlayacaq və bu rəqəm bir əsrdə 2,4 millisaniyəyə qədər çoxala bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM