satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universiteti milli yarışda 5-ci dəfə qalib olub

Naxçıvan Dövlət Universiteti milli yarışda 5-ci dəfə qalib olub

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının dəstəyi və Enactus Azərbaycanın təşkilatçılığı ilə 12, 16 avqust tarixlərdə 2024-cü il “Enactus Azərbaycan” milli yarışı keçirilib.

Yarışının ilk mərhələsi 12 avqust tarixdə onlayn formatda, final mərhələsi isə 16 avqust tarixdə fiziki formatda Bakı Gənclər Mərkəzində keçirilib. Yarışda iştirak edən Naxçıvan Dövlət Universitetinin komandası 2024-cü il “Enactus Azərbaycan” milli yarışında 5-ci dəfə qalib olaraq Azərbaycanı Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək dünya kuboku üzrə təmsil etmək şansı əldə edib.

Bu münasibətlə Naxçıvan Dövlət Universiteti komandasını təbrik edir, onlara uğurlar arzulayırıq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM