satellite   Azerspace-1: 11135 H 30000

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri açıqlanıb

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri açıqlanıb

2024–2025-ci tədris ili üçün mərkəzləşdirilmiş qaydada qəbul keçirilən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. Qəbul nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Təhsil İnstitutundan Naxçıvan televiziyası-a bildirilib ki, lisey və gimnaziyalara qəbul olan şagirdlər üçün avtomatik sorğular yaradılıb. “Sorğularım” bölməsi vasitəsilə onların ardıcıllığını izləmək mümkündür.

Şagirdlərin avqustun 27-dək (saat 16:00-a qədər) qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Həmin tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab olunacaq.

Link vasitəsilə keçid balları ilə tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM