satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 137 namizəd müəllim adını qazanıb

Naxçıvanda 137 namizəd müəllim adını qazanıb

Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Naxçıvan televiziyası xəbər verir ki, müsabiqədə iştirak edən namizədlərdən 137-si müəllim adını qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər bir namizədə bərabər imkanlar yaradılmaqla, şəffaflıq təmin edilməklə keçirilən müsabiqənin test mərhələsinə 1 667 namizəd dəvət olunub, onlardan 1 341-i (80,4 faizi) imtahanda iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM