satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək

Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, oktyabrın 20-də məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim, metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Prosesin test imtahanı mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunacaq. Prosesdə ümumilikdə 319 tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM