satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar - FOTOLAR

Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olublar<font color=red> - FOTOLAR</font>

24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı yekunlaşıb. 

Naxçıvan televiziyası xəbər verir ki, festivalda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət STEAM Təlim-Tədris Mərkəzinin də iki- Vex IQ kateqoriyası üzrə RoboGenius, Fly Tech kateqoriyası üzrə isə Griffin komandası iştirak edib. 

Festivalda Griffin komandası FlyTech kateqoriyası üzrə hazırladıqları dronla verilmiş tapşırıqları uğurlu şəkildə yerinə yetirərək I yerin qalibi olub. Komandanın üzvləri Firuz Məmmədli, Vüqar Babaverdiyev, Uğur Quluzadə, mentoru isə Kazım Əkbərovdur.  

Qeyd edək ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla 15 ölkəni təmsil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM