satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib

Azərbaycanda 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib

Azərbaycanda 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, ölkədə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.

Bundan əlavə, 2023-2024-cü tədris ilində yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Bu il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM