satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək.

NTV "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrinin gücləndirilməsi imkanları tədbirin əsas mövzuları olacaq.

Forumun proqramında Azərbaycan paytaxtına gələcək Qana nümayəndə heyəti ilə rəsmi danışıqların aparılması, eləcə də iki dövlətin investisiya imkanlarının təqdim edilməsi nəzərdə tutulur.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 7,23 dəfə artaraq 490,69 milyon ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM