satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.

NTV xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Mərasim yerli vaxtla noyabrın 8-də Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan Uoll-Strit (Wall Street) yaxınlığındakı tarixi Boulinq-Qrin (Bowling Green) parkında təşkil edilib.

Şəhərin ən qədim ictimai parkı olan Boulinq-Qrində keçirilən tədbirdə Nyu-York və ətraf ştatlardan Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.

Mərasimdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə ucaldılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM