satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da müşahidə olunur.

NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında bildirilib.

Diqqətə çatdırılıb ki, əsasən toqquşma, aşma, maneəvurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə üstünlük verilsə də, həmin nəqliyyat vasitələrinin texniki vəziyyətinin, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsinin nəzərə alınmaması da sonradan ciddi fəsadlara yol açır.

“BDYPİ bir daha bütün həmvətənlərimizi təbrik edir, böyük qürur hissi ilə qeyd etdiyimiz bayram günlərinin təhlükəsiz, şən və firavan keçməsi üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara, verilən tövsiyələrə əməl etməyə çağırır!”, - deyə xəbərdarlıqda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM