satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda təhsil müəssisələrində vakant olan tədris-köməkçi heyət üçün keçiriləcək müsabiqənin vaxtı açıqlanıb

Naxçıvanda təhsil müəssisələrində vakant olan tədris-köməkçi heyət üçün keçiriləcək müsabiqənin vaxtı açıqlanıb

Naxçıvan televiziyası xəbər verir ki,  yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan  psixoloq, kitabxana müdiri və  kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün  test imtahanı keçiriləcək. 

Test imtahanında 3-20 dekabr 2024-cü il  tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizədin iştirakı nəzərdə tutulur. 

 ️Qeyd edək ki, Naxçıvan şəhər Uşaq- Gənclər Şahmat Məktəbində saat 10:00-da keçiriləcək müsabiqəyə muxtar respublikanın  ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və  kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.

Namizədlər imtahan qrafiki ilə  https://shorturl.at/hckN4  linkindən tanış ola bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM