satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Qeyd edək ki, S.Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.

Bununla yanaşı iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM