satellite   Azerspace-1: 11135 H 30000

Emin Əmrullayev UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib

Emin Əmrullayev UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Parisdə UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi məlumat paylaşıb.

Bildirilib ki, dialoq "Sürətlə dəyişən dünyada elm diplomatiyası - kişi və qadınların şüurunda sülhün qurulması" mövzusuna həsr olunub.

Tədbir nazirləri, siyasətçiləri və ekspertləri bir araya gətirərək qlobal çağırışlar dövründə beynəlxalq əməkdaşlığın, innovasiyanın və davamlı inkişafın təşviqində elm diplomatiyasının rolunu müzakirə etmək üçün keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM