satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda bu il 3 822 şagird birinci sinfə gedib

Naxçıvanda bu il 3 822 şagird birinci sinfə gedib

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.

NTV xəbər verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək.

Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb.  Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi  "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM