satellite   Azerspace-1: 11135 H 30000

Növbəti tədris ili üçün inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Növbəti tədris ili üçün inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Hazırda Azərbaycan Respublikasının 13 iqtisadi rayonu üzrə 91 ümumi təhsil müəssisəsində inklüziv təhsil təşkil olunub.

Bu barədə NTV-nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, növbəti tədris ili üçün inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. İnklüziv təhsilin həyata keçiriləcəyi təhsil müəssisələri sağlamlıq imkanları məhdud uşaqların yaşayış yeri nəzərə alınmaqla müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM