satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər - FOTOLAR

Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər<font color=red> - FOTOLAR</font>

 

NTV xəbər verir ki, ölkə üzrə PISA beynəlxalq qiymətləndirmə tədqiqatına start verilib. Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən tədqiqatda Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəsssisələrindən- Naxçıvan Qızlar Liseyinin və Şərur Şəhər Fizika-Ryaziyyat Təmayüllü Liseyinin 100-ə yaxın şagirdi iştirak edib. 

Qeyd edək ki, PISA Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur.

PISA ölkələrin təhsil sistemlərini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verir. “Məktəblər üçün PISA” isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrıca dəyərləndirərək məktəblərə tədrisin keyfiyyətinin artırılması üçün analitik əsaslar təqdim edir.

Azərbaycanda tədqiqat Təhsil İnstitutu tərəfindən təşkil olunur. Qiymətləndirmədə ölkə üzrə 200 təhsil müəssisəsindən 9 mindən çox şagirdin iştirakı nəzərdə tutulur və 31 yanvar 2026-cı il tarixinədək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM