"Son illərdə NDU-da tələbə sayı artıb. 2020–2021-ci tədris ilində 6008 nəfər dən ibarət olan tələbə kontingenti 2025–2026-cı tədris ilində 11693 nəfərə çatıb".
NTV xəbər verir ki, bu fikirləri NDU rektoru Elbrus İsayev media üçün keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, bununla yanaşı, magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə qəbul aparılıb. 2024–2025-ci tədris ilində 1645 bakalavr, 230 magistrant və 21 rezident məzun olub.
Elbrus İsayev 2025-ci ildə bir sıra yeni mərkəzlərin istifadəyə verilməsindən bəhs edib: "Bunlar arasında Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futorologiya Mərkəzi və Konservatoriyada Elektron Filarmoniya (LOLA) Mərkəzinin açılıb.
Bundan əlavə, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının NDU-nun tabeliyinə verilməsi vurğulanıb.
