satellite   Azerspace-1: 11135 H 30000

NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb - FOTOLAR

NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font> NDU “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub, Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.

Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək  iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. 

7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı məlumat əldə edə bilərlər. 

Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Açılış tədbirində keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb. 

Açılış tədbirindən sonra Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev stendlərlə tanış olub. Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib.

Bununla yanaşı, səfər çərçivəsində ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm görüşlər keçirilib. Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu baş tutub. Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb.

İmzalanan sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.

Gülay Tahirli

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM