satellite   Azerspace-1: 11135 H 30000

NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib - FOTOLAR

NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib, festival öncəsi NDU-nun rektoru Elbrus İsayev münsiflər heyətini qəbul edib.

Rektor festival çərçivəsində universitetdə olan qonaqları səmimi salamlayaraq onların iştirakını yüksək qiymətləndirib.

Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova,  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin “İfaçılıq və musiqi müəllimliyi” kafedrasının müdiri Arslan Növrəsli və digər nümayəndələr iştirak ediblər.

Elbrus İsayev qeyd edib ki,  bədii yaradıcılıq müsabiqə-festivalı artıq universitetdə ənənəvi tədbirlərdən birinə çevrilib. Rektor belə layihələrin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisəsində keçirilən bütün mədəni-kütləvi tədbirlərdə milli dəyərlər əsas prioritet kimi götürülür.

Görüşdən sonra  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının açılış mərasimi baş tutub.

Öncə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub, qonaqlara duzdan hazırlanmış müxtəlif zinət əşyaları hədiyyə edilib.

Tədbirin girişində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

NDU-nun rektoru Elbrus İsayev ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalını açıq elan edərək qonaqları salamlayıb. Rektor çıxışında artıq ənənə halını alan və bu il beşinci dəfə təşkil olunan müsabiqə-festivalın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında, onların istedadlarının aşkarlanması, qiymətləndirilməsi və geniş ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır.

Elbrus İsayev müsabiqə-festivalın ölkə miqyasındakeçirilən mütərəqqi layihələrdən biri olmaqla yanaşı, gənclərinmilli vətənpərvərlik ruhunda formalaşmasına, onlarınmədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbir NDU-nun Xor kollektivinin və NDU nəzdində Musiqi Kollecinin “Aşıqlar Qrupu”nun təqdimatında rəngarəng çıxışlar ilə davam edib.

Sonra müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz və rəqs kateqoriyaları üzrə iştirakçıların çıxışları izlənilib. Tələbələrdən ibarət solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, eləcə də orkestr və ansambllar, rəqs kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər.

Səhnəyə çıxan hər bir iştirakçı öz ifası ilə fərqlənməyə çalışıb, təqdim olunan nömrələr münsiflər heyəti tərəfindən peşəkarlıq, səhnə mədəniyyəti və ifa keyfiyyəti baxımından qiymətləndirilib.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə xalq artisti Gülyanaq Məmmədova ilə istedadlı tələbənin birgə səsləndirdiyi ifa olub. Bu duet müsabiqəyə xüsusi rəng qataraq iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanacaqlar.

Bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi keçiblər.

Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Rəşad Haşımov İncəsənət fakültəsində tələbələrlə görüşüblər. Görüşdə sənətkarlar tərəfindən tələbələrin ifaları dinlənilib, qavaldan istifadə, səhnə həyəcanının idarə olunması, düzgün tələffüz qaydaları haqqında məlumat verilib.

Universitetin Elmi Kitabxanasında  Əməkdar in­cəsənət xadimi Baba Vəziroğlu ilə görüş baş tutub. Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov çıxışında şair, tərcümə­çi, kinodramaturq Baba Vəziroğlunun nəğməkar şair kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Diskussiya formatında davam edən görüşdə Baba Vəziroğlu müəllim və tələblərin suallarını cavablandırıb, öz şeirlərini səsləndirib.

Azərbaycan Respublikasının Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə Muradova ilə ustad dərsi universitetin İdman Kompleksində təşkil olunub. Ustad dərsi çərçivəsində sənətkar tərəfindən Naxçıvan Dövlət Universitetinin və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrinin musiqi və rəqs bacarıqları dəyərləndirilib. Təranə Muradova müxtəlif rəqs elementləri və kompozisiyaları tələbələr üçün əyani şəkildə nümayiş etdirib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin “İfaçılıq və musiqi müəllimliyi” kafedrasının müdiri, tanınmış tarzən Arslan Növrəsli ilə NDU-nun İncəsənət fakültəsində görüş keçirilib. Müxtəlif musiqi janrlarını — klassik, caz və xalq mahnılarını öz yaradıcılığında birləşdirən sənətkar, xüsusilə tar, alətinin çoxşaxəli imkanları, caz sənətinin incəlikləri barədə ətraflı məlumat verib. O, müasir yanaşmalar, improvizasiya üsulu ilə ifa və digər aktual mövzulara toxunub. Görüş çərçivəsində NDU-nun və NDU nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllim və tələbələrinin sualları cavablandırılıb.

Gülay Tahirli, Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM