I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən NTV-yə bildirilib ki, aprelin 23-ü saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 23 min 782, II ixtisas qrupu üzrə 18 min 863, III ixtisas qrupu üzrə 18 min 161 , IV istisas qrupu üzrə 4881 olmaqla, ümumilikdə isə 65 min 687 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
