satellite   Azerspace-1: 11135 H 30000

Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilir

NUHÇIXAN-ın məlumatına görə, mayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.

İmtahan qrafikinə əsasən:

2 may — alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri;

3 may — riyaziyyat, kimya, biologiya müəllimləri;

10 may — fizika, ibtidai sinif və coğrafiya müəllimləri;

11 may — fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM