satellite   Azerspace-1: 11135 H 30000

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır. Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.

Bu barədə NTV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Yeni modelin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən, yəni aylıq təhsil haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanmasından ibarətdir.

Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək. Əsas məqsəd uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və məktəbəqədər təhsilin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır.

Elm və Təhsil Nazirliyi tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin icrasına başlanılıb və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.

Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM