İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrə seminar keçirib

İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrə seminar keçirib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib  ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən “Naxçıvan” Universitetinin hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə seminar keçirilib.

Muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, muxtar respublika iqtisadiyyatının prioritet hesab olunan sahələri üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması seminarın əsas mövzusu olub.

Fakültə dekanı Zakir Məmmədov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir.

Seminarın əsas mövzusu üzrə İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov və nazirliyin Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova tələbələrə slayd materiallardan istifadə edərək ətraflı məlumat verib.

Sonda mövzular üzrə tələbələrin sualları cavablandırılıb və geniş diskussiya aparılıb.

                                                            Seyfur Hacımuradov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM