Naxçıvan Dövlət Unversiteti və Türkiyənin Mardin Artuklu Universitetinin birgə təşkilatçılığı ilə konsert keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Unversiteti və Türkiyənin Mardin Artuklu Universitetinin birgə təşkilatçılığı ilə konsert keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Unversiteti və Türkiyənin Mardin Artuklu Universitetinin birgə təşkilatçılığı ilə konsert keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Unversiteti və Türkiyənin Mardin Artuklu Universitetinin birgə təşkilatçılığı ilə konsert keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Unversiteti və Türkiyənin Mardin Artuklu Universitetinin birgə təşkilatçılığı ilə konsert keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramında NDU-nun Kamera Orkestrinin müşayiəti ilə Mardin Artuklu Universitetinin müəllimləri Eldar İbrahimoğlu və Tuba Akkayanın ifasında səslənən klassik musiqilər dinləyicilərdə xoş ovqat yaradıb.

Azərbaycan Respublikasının Xalq artisti, professor Çingiz Axundovun dirijorluq etdiyi konsertdə dünyaca məşhur dahi bəstəkarlar Mozart, İohann Sebastyan Bax, Manuel Poncein əsərləri səsləndirilib. Konsertin bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti, dosent Mübariz Əsgərov olub.

Konsertin sonunda universitetin rektoru Elbrus İsayev bugün keçirilən konserti Mardin Artuklu Universiteti ilə imzalanan əməkdaşlıq protokolunun əməli nəticəsi kimi qiymətləndirib. Qardaş Türkiyə universiteti ilə əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edən rektor konsertin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Mardin Artuklu Universiteti Dövlət Konservatoriyasının dekan müavini Mustafa Diriöz göstərilən qonaqpərvərliyə görə Elbrus İsayevə minnətdarlığını bildirib. Mustafa Diriöz vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin incəsənət sahəsindəki çoxillik təcrübəsinin öyrənilməsi Mardin Artuklu Universitetinin bu sahədəki inkişafı üçün xüsusilə önəmlidir.

Sonda Elbrus İsayev qonaqlara rəsm əsəri hədiyyə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM