satellite   Azerspace-1: 11135 H 30000

Ayın üzərində il reklam yerləşdirilib

Ayın üzərində il reklam yerləşdirilib

Xabarovsk sakinləri sensasiyalı hadisənin şahidi olublar. Onlar Ayın üzərində “VK Video. Ulduzlar göründüyündən daha yaxındır” yazısını oxuyublar. Naxçıvan televiziyası Rusiya mediasına istinadla xəbər verir ki, güclü lazer və ya işıqfordan istifadə etməklə yaradılmış proyeksiya Yerin təbii peykində yayımlanan dünyanın ilk reklamıdır.

Rusiyanın böyük brendi olan VK hətta əvvəllər öz raketlərində reklam yerləşdirməyi təklif edən “Roskosmos”u da geridə qoyub. Aydan nəhəng reklam lövhəsi kimi istifadə marketinq dünyasında yeni eranın başlanğıcını qoyan görünməmiş bir addımdır.

“VK Video” reklamının Ayda görünməsi bu platformada yumor ayına və məşhur simaların əsas mükafat - 20 milyon rubl üçün yumoristik komandalarda yarışdığı yeni “Ulduzlar” şousunun premyerasına təsadüf edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM