satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetində növbəti SAT imtahanı keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetində növbəti SAT imtahanı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində növbəti SAT imtahanı keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində Naxçıvan regional SAT Qeydiyyat və İmtahan mərkəzində ikinci imtahan keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, ümumilikdə 24 nəfərin iştirak etdiyi imtahana muxtar respublikada təhsil alan şagirdlərlə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən olan şagirdlər də qatılıb. 2 hissədən ibarət olan imtahanın birinci hissəsi oxu və yazı bacarıqları, ikinci hissədə isə riyazi bacarıqlar qiymətləndirilib.

İmtahan mərkəzinin əməkdaşlarından ibarət heyətin nəzarəti, texniki dəstək və şəffaflıq şəraitində keçirilən imtahan prosesindən şagirdlər öz razılıqlarını bildiriblər.

Xatırladaq ki,  Naxçıvan Dövlət Universiteti SAT imtahan və qeydiyyat mərkəzi 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM