satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM