satellite   Azerspace-1: 11135 H 30000

Argentina millisinin futbolçusu əfsanəvi Maradonanı qabaqlayıb

Argentina millisinin futbolçusu əfsanəvi Maradonanı qabaqlayıb

Argentina millisinin futbolçusu Anxel Di Mariya məhsuldar ötürmə sayında əfsanəvi Dieqo Maradonanı qabaqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, yarımmüdafiəçi buna Salvador millisi ilə yoldaşlıq matçında nail olub.

36 yaşlı vinger 27 məhsuldar ötürmə ilə Maradonanı geridə qoyaraq Argentina tarixində bu göstəricidə ən yaxşı ikinci oyunçu olub. Mərhum Maradonada bu göstərici 26-ya bərabər idi.

Millidə məhsuldar ötürmələrin sayına görə Lionel Messi liderdir. O, Argentinanın heyətində 54 assistə imza atıb.

Qeyd edək ki, Argentina millisi Salvador yığması ilə matçda 3:0 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM