Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığmaları Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq toplanışını başa vurublar.

Azərbaycan Basketbol Federasiyasından NUHÇIXAN-a bildirilib ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv bu gün Bakıya qayıdacaq.

Hər iki yığma 8 yoxlama oyununun yalnız birində məğlub olub. Yüksək Liqa təmsilçisi "Galatasaray"ın U-16 komandası üzərində önəmli qələbə qazanan milli komanda yalnız "Emlak Konut"la bacarmayıb.

U-16

Azərbaycan - "Qalatasaray" - 65:54

Azərbaycan - "Besaş" - 82:56

Azərbaycan - "Bursa Uludağ" - 69:57

Azərbaycan - "Emlak Konut" - 54:66

U-18

Azərbaycan - "Besaş" - 72:61

Azərbaycan - "Bursa Uludağ" - 84:70

Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qardaş ölkədə 14 yoxlama matçı keçirən kollektivlər yalnız bir dəfə uduzublar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM