satellite   Azerspace-1: 11135 H 30000

"Real" 27 ildən sonra rekordunu təkrarlayıb

"Real" 27 ildən sonra rekordunu təkrarlayıb

İspaniyanın "Real" klubu 27 ildən sonra rekordunu təkrarlayıb.

Naxçıvan televiziyası “Opta Sport” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi buna La Liqanın XXX turunda "Atletik"i 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmur.

"Kral klubu" sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

Qeyd edək ki, "Real" hazırda 75 xalla La Liqada liderdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM