satellite   Azerspace-1: 11135 H 30000

Neymar 2025-ci ildə Braziliya klubuna qayıdacaq

Neymar 2025-ci ildə Braziliya klubuna qayıdacaq

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 2025-ci ildə Braziliyaya qayıdacaq.

Naxçıvan televiziyası-ın xarici mətbuata istinadən məlumatına görə, hücumçu ilk klubu “Santos”a dönmək qərarına gəlib.

32 yaşlı forvardın “Əl-Hilal”la müqavilə müddəti məhz gələn il bitəcək. Ulduz futbolçu həmin vaxt azad agent kimi “Santos”a qayıtmağı planlaşdırır. Braziliya millisinin üzvü bu barədə klub rəhbərliyini məlumatlandırıb.

Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM