satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqası: “Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib

Futbol üzrə Türkiyə Superliqasının XXXI turuna start verilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, "Qalatasaray" öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Mauro İkardi vurub.

“Qalatasaray” bu qələbədən sonra xalını 84-ə çatdıraraq, turnir cədvəlinə başçılıq edir. Komanda rəqibi “Fənərbağça”dan 5 xal öndədir.

Qeyd edək ki, "Antalyaspor" - "Ankaragücü" matçı qollu heç-heçə ilə başa çatıb. Günün digər matçlarında “Rizəspor” səfərdə “İstanbulspor”u 4:0, “Alanyaspor” “Qaziantep”i 3:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM