satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliya klubu argentinalı dünya çempionu ilə müqavilənin müddətini uzatmaq istəyir

Portuqaliya klubu argentinalı dünya çempionu ilə müqavilənin müddətini uzatmaq istəyir

Portuqaliyanın "Benfika" klubu argentinalı dünya çempionu Anxel Di Mariya ilə müqavilənin müddətini uzatmaq istəyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira bildirib.

Lissabon klubu 36 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzatmaq niyyətindədir. Hazırkı anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 41 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM