satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan idmançılarının aprel ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan idmançılarının aprel ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il aprelin 1-nə olan reytinq cədvəlini açıqlayıb.

GİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildiriblər ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 580 xalla ikincidir. 365 xal toplayan cüdoçu Hidayət Heydərov isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM