satellite   Azerspace-1: 11135 H 30000

Mbappe "Real"la müqavilə imzalayıb

Mbappe "Real"la müqavilə imzalayıb

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.

Naxçıvan televiziyası "Marca"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə edib. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM