satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” – “Qarabağ” oyunundakı hadisələrlə bağlı cəzalar açıqlanıb

“Neftçi” – “Qarabağ” oyunundakı hadisələrlə bağlı cəzalar açıqlanıb

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi”nin “Qarabağ”la ev görüşündə 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bununla yanaşı, matç bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Bakı təmsilçisini 800 manat ziyana salıb.

“Qarabağ” azarkeşlərinin kütləvi şəkildə rəqib futbolçuları təhqir etməsi isə Ağdam klubunun 1000 manat cərimələnməsinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM