satellite   Azerspace-1: 11135 H 30000

Avropa Olimpiya Təsnifat turniri: Mariya Stadnik yarımfinala yüksəlib

Avropa Olimpiya Təsnifat turniri: Mariya Stadnik yarımfinala yüksəlib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb.

Naxçıvan televiziyası xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan titullu idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM