satellite   Azerspace-1: 11135 H 30000

“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la oyunda meydanı tərk edib

“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la oyunda meydanı tərk edib

“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.

Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.

“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.

“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM