satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah “Mançester Yunayted”ə səfərdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb

Məhəmməd Salah “Mançester Yunayted”ə səfərdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa çərçivəsində “Mançester Yunayted”ə “Old Trafford”da ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, misirli hücumçu çempionat matçlarında “qırmızı şeytanlar”ı 6 dəfə məyus etməklə yeni rekorda imza atıb.

31 yaşlı forvard son olaraq XXXII turun görüşünün 84-cü dəqiqəsində penaltidən fərqlənərək buna nail olub. O, “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vuran “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” oyunu 2:2 hesabı ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM