satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”da baş məşqçinin köməkçiləri müəyyənləşib

“Araz-Naxçıvan”da baş məşqçinin köməkçiləri müəyyənləşib

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyevin köməkçiləri müəyyənləşib.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “Qəbələ”də birgə çalışdığı Xaqani Məmmədov və Rasim Ramaldanovu özü ilə Naxçıvan təmsilçisinə aparıb.

Premyer Liqa təmsilçisi məşqçi heyətini rəsmi saytı vasitəsilə açıqlayıb. Onlar bu gün klubla müqavilə imzalayıblar. “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında artıq ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan çox oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan Kubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM