Türkiyənin "Fənərbağça" klubunun iki futbolçusu Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan əvvəl sıraya dönüb.
Naxçıvan televiziyası "NTV Spor"a istinadən xəbər verir ki, zədəsini sağaldan Fred və İsmail Yüksək komanda ilə məşqlərə start verib.
Qeyd edək ki, aprelin 11-də gerçəkləşəcək "Olimpiakos" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
