satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qəbələ" "Turan Tovuz"la üz-üzə gələcək

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qəbələ" "Turan Tovuz"la üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, ilk olaraq "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək.

Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər matçında "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. "Ağ-qaralar" 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXX tur

13 aprel (şənbə)

16:30. "Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu

19:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
"Neftçi Arena"

Qeyd edək ki, ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM