satellite   Azerspace-1: 11135 H 30000

“Barselona”nın futbolçuları tarixə düşüblər

“Barselona”nın futbolçuları tarixə düşüblər

İspaniya təmsilçisi “Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.

Naxçıvan televiziyası xəbər verir ki, adıçəkilən oyunçular UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə cavab matçında bunu gerçəkləşdiriblər.

Qarşılaşmada hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qolunun müəllifi olub. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu ünvanını ələ keçirib. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.

Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.

Qeyd edək ki, Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Mübarizəni davam etdirən PSJ yarımfinalda Almaniyanın “Borussiya” (Dortmund) klubuna rəqib olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM