satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya ipponla qalib gəlib.

O, həlledici qarşılaşmada kanadalı Şeydi Əl-Nahasla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə yeganə medalı Hidayət Heydərov qazandırıb. O, 73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM