satellite   Azerspace-1: 11135 H 30000

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb.

Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. Lakin 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb.

Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, oyunda yekun hesabı 90+4-cü dəqiqədə Əl Müsrati təyin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM