satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə qayıdıb

Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə qayıdıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, cüdoçunu daşıyan təyyarə saat 10:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Onu hava limanında yaxınları, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. Kotsoyevdən başqa Hidayət Heydərov (73 kq) da dünya çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM